“Fənərbaxça” iki futbolçusunu icarəyə verdi
Türkiyənin “Fənərbaxça” klubu iki futbolçusunu icarəyə verib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Tyaqo Çukur və Osman Ərtoğrul Çətinin qarşıdakı mövsümü icarədə keçirməsinə qərar verib.
Belə ki, Tyaqo Çukur qarşıdakı mövsümün sonuna kimi Belçikanın “Beveren” komandasında icarədə oynayacaq. Osman Ərtoğrul Çətin isə “Gənclərbirliyi”nə icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin