Braziliya prezidenti Ançelotti haqda: “O, əsla italiyalı məşqçi olmayıb”
Braziliyanın prezidenti Luis İnasio Lula da Silva italiyalı mütəxəssis Karlo Ançelottinin 2024-cü ildə milli komandanı çalışdıracağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komanda.az SBT telekanalına istinadən xəbər verir ki, ölkə başçısı “Real”ın çalışdırıcısının əsl italiyalı olmadığını deyib:
“O, əsla italiyalı məşqçi olmayıb. İtaliyalı çalışdırıcıdırsa, DÇ-2022-də yer almayan İtaliya yığmasının problemini niyə həll etmir?”
Braziliya Futbol Konfederasiyası milli komandanın Fernando Dinizə tapşırıldığını açıqlayıb. Onunla 1 illik müqavilə imzalanıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilmiş Titeni əvəzləyib.
Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges açıqlamasında 2024-cü ildə komandaya İspaniya “Real”ında çalışan Karlo Ançelottinin rəhbərlik edəcəyini söyləyib. O, italiyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-yadək qüvvədə olacağını vurğulayıb.
Bizi Facebook-da izləyin