Super Liqa klubunda 3 ayrılıq
Türkiyənin “Başakşəhər” klubu 3 futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin prezidenti Göksəl Gümüşdağ yerli mətbuata açıqlamasında deyib. Gümüşdağ, Emmanuel Adebayor, Sərdar Taşçı və Riad Bayiçin müddəti bitən müqaviləsini yeniləmədiklərini və hər 3 futbolçunun komandadan ayrılacağını bildirib.
Adebayor 2017-ci ildən, Taşçı və Bayiç isə 2019-cu ilin yanvarından “Başakşəhər”də forma geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin