“Atletiko” futbolçusunu Fransa klubuna satdı
Marsel “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Fransa klubu Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Joffre Kondoqbyanı transfer edib.
Liqa 1 təmsilçisi bu transfer üçün İspaniya klubuna 8 milyon avro ödəyib.
30 yaşlı futbolçu ilə 4 illik müqavilə imzlanıb.
Kondoqbya 2020-ci ilin noyabrından formasını geyindiyi “Atletiko”da 93 oyuna 1 qol vurub. O, daha öncə “Lans”, “Sevilya”, “Monako”, “İnter” və “Valensiya” kimi klubların da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin