Krivotsyukun komandası səfərdən 1 xalla qayıtdı

Futbol üzrə Cənubi Koreya çempionatında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Seul”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Milli üzvü 64-cü dəqiqədə sarı vərəqə də alıb.

“Daejeon” hazırda 28 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button