“Bayern” cənubi koreyalı ilə 5 illik müqaviləyə razılaşıb
“Bayern” “Napoli”nin müdafiəçisi Kim Min Jae ilə müqavilənin şərtləri ilə bağlı tam şifahi razılıq əldə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu keçidə müsbət yanaşır. Onunla 2028-ci ilə qədər nəzərdə tutulan beş illik müqavilə imzalanacaq.
Müdafiəçinin Neapol təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ilin yayına qədərdir. Keçid baş tutsa, Münhen klubu futbolçuya görə “Napoli”yə təzminat ödəməli olacaq.
Kim Min Jae 2022/23 mövsümündə İtaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 45 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin