Fransa klubunda baş məşqçi ayrılığı
“Strasburq”un baş məşqçisi Frederik Antonetti klubdan ayrıldığını açıqlayıb. 61 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ilin 13 fevralında Strasburq təmsilçisinin “sükanı arxasına” keçib.
Fransa klubu onun başçılığı altında 2022/23 mövsümündə 15 oyuna çıxıb (6 qələbə, 4 heç-heçə, 5 məğlubiyyət) və 22 xal toplayıb. Nəticədə, onlar mövsümü 15-ci pillədə başa vurub.
Xatırladaq ki, keçən həftə İngiltərənin “Çelsi” klubunu satın alan “Clearlake Capital Group” 75 milyon avro ödəyərək “Strasburq”un səhmlərinin bir hissəsini alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin