Pirlo yenidən İtaliyada çalışa bilər
İtaliyalı mütəxəssis Andrea Pirlo “Sampdoriya”nın baş məşqçisi ola bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı klubun sahibi Andrea Radrizanni ilə görüşüb. Pirlo klubla iki illik müqavilə imzalayacaq. Sonradan onun sözləşməsi bir mövsüm daha uzadıla bilər.
Pirlonun sonuncu iş yeri Türkiyənin “Fatih Karagümrük” klubu olub. Keçmiş futbolçu 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər orada fəaliyyət göstərib.
“Sampdoriya” 2022/23 mövsümündə İtaliya A Seriyasında sonuncu yeri turub və B Seriyasına yuvarlanıb.
Pirlo baş məşqçi karyerasında 2020-2021-ci illərdə İtaliyanın “Yuventus” klubunda da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin