“Fənərbaxça”nın futbolçuları “Neftçi”nin olduğu turnirə qatılmaq istəmir
“Fənərbaxça”nın yeni transferi Edin Dzeko və klubun digər legioner futbolçuları Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Matç TV Kuboku” turnirində iştirak etmək istəmirlər.
Komanda.az “Fotospor”-a istinadən xəbər verir ki, buna səbəb Rusiyada yerli ordu ilə “Vaqner” silahlıları arasında baş verən döyüş olub.
Adıçəkilən turnirdə “Fənərbaxça” ilə yanaşı, “Neftçi” Azərbaycan), “Srvena Zvezda” (Serbiya) və “Zenit” də (Rusiya) iştirak edəcək. Qarşılaşmalar Sankt-Peterburqda – “Qazprom Arena” və “Smena” stadionlarında baş tutacaq.
Artıq turnirin təqvimi də dəqiqləşib:
1 iyul, 20:30. “Zenit” – “Neftçi” (“Qazprom Arena”)
4 iyul, 20:30. “Srvena Zvezda” – “Zenit” (“Qazprom Arena”)
8 iyul, 20:30. “Neftçi” – “Srvena Zvezda” (“Smena”)
9 iyul, 20:30. “Zenit” – “Fənərbaxça” (“Qazprom Arena”)
12 iyul, 20:30. “Fənərbaxça” – “Srvena Zvezda” (“Smena”)
15 iyul, 15:00. “Neftçi” – “Fənərbaxça” (“Smena”)
Bizi Facebook-da izləyin