Super Liqa klubundan yeni transfer
Türkiyənin “Samsunspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqanın yeni iştirakçısı Slovakiya yığmasının mərkəz müdafiəçisi Lübomir Şatkanı transfer edib.
Polşanın “Lex” (Poznan) klubundan transfer edilmiş 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Şatka 2019-cu ildən formasını geyindiyi “Lex”də 113 oyuna 5 qol vurub. Müdafiəçi Slovakiya yığmasında da 32 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin