“Real”a kömək edə biləcəyimi bilirəm” – Kroos
“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubla müqaviləsinin uzadılmasına münasibət bildirib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, hələ də İspaniya klubuna kömək edə biləcəyini deyib:
“Özümü yaxşı hiss edirəm, səhhətimdə problemlər yoxdur. “Real”a kömək edə biləcəyimi bilirəm. Hər zaman demişəm: mənim üçün karyeramı yüksək səviyyədə başa vurmaq vacibdir”.
33 yaşlı almaniyalı yarımmüdafiəçinin “kral klubu” ilə yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2014-cü ildən “Real”da çıxış edir.
Kroos 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 52 oyuna çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin