Pedro ilə yeni müqavilə bağlanacaq

“Latsio”nun hücumçusu Pedro klubla müqaviləsini uzatmağa yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı futbolçuya 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırdır.

35 yaşlı Pedro 2022/23 mövsümündə “Latsio”nun heyətində 46 oyuna çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button