Azərbaycanın 8 atleti Avropa Oyunlarında çıxış edib

Azərbaycanın 8 atleti Polşada start götürən 3-cü Avropa Oyunlarında çıxış edib.

Komanda.az xəbər verir ki, 3-ü divizionda yer alan idmançılar ilk gündə millinin hesabına 70 xal qazandırıblar.

Ən yaxşı nəticəyə Anna Skidan imza atıb. O, çəkic atmada (71,69 m) 11 iştirakçı arasında birinci olub.

Aleksis Koppellonun çıxışını da uğurlu saymaq olar. 38 yaşlı atlet üç təkanla tullanmada (15,91 m) 14 idmançı arsında ən yaxşı ikinci göstərici ilə yadda qalıb.

Lamiyə Vəliyeva 400 m məsafəni 55,79 saniyəyə, Anna Yusupova isə 5000 m məsafəni 17:37.97 ilə qaçaraq, öz kateqoriyalarında finişə beşinci sırada çatıblar.

Cavid Məmmədov 400 m məsafəni 49,58 saniyəyə, İlahə Quliyeva isə 100 metr məsafəni 12,39 saniyəyə qət ediblər. Hər iki idmançı 10-cu yerlə kifayətlənib.

Aleksey Əliəkbərov 100 m məsafəni 11,78 saniyəyə qaçmağı bacarıb. O, 14 iştirakçı arasında yalnız iki rəqibini qabaqlayaraq, 12-ci olub.

Azərbaycan idmançılarından ən zəif nəticəni Elman Abışov göstərib. Abışov 800 m məsafəni 2:06,12 saniyəyə qət edib. O, 14 idmançının mübarizəsində sonuncu yeri tutub.

Avropa Oyunları iyulun 2-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button