“Qalatasaray” onu Fransa klubuna satdı
Fransanın “Nant” klubu “Qalatasaray”dan icarəyə götürdüyü Mustafa Məhəmmədin transfer hüquqlarını alıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fransa klubu bunun üçün “Qalatasaray”a 5,75 milyon avro ödəyib. 25 yaşlı forvardlaə 4 illik müqavilə imzalanıb.
Mustafa Məhəmməd 2022-ci ilin yayında icarə əsasında keçdiyi “Nant”da 51 oyuna 11 qol vurub. Misir yığmasının üzvü “Qalatasaray”da da 58 matça çıxıb, 17 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin