“Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
Estoniya yığmasının qapıçısı Karl Yakob Heyn AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubunun 21 yaşlı qapıçısı iyunun 17-də Bakıda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib:
“Milli komandaların oyunları həmişə böyük önəm daşıyır. Öz ölkəni təmsil etmək hər zaman gözəl hissdir. Əvvəlki oyunlarda olduğu kimi, yenə çətin olacaq, lakin komanda olaraq hazırıq. Biz Azərbaycana qələbə üçün gedirik. Onlara qalib gəlməliyik. Eyni zamanda Belçikadan da xal və ya xallar almaq istəyirik. Plan belədir”.
Qeyd edək ki, iyunun 17-də “Dalğa Arena”da Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması bundan üç gün sonra Belçikanı qəbul edəcək.
Bizi Facebook-da izləyin