Super Liqada yeni rekordçu

“Beşiktaş” Super Liqanın 37-ci turunda “Kasımpaşa” ilə səfər oyunundan 5:2 hesablı qələbə ilə ayrılıb.

Komanda.az xəbər verir ki, bu oyun qonaq komandanın yarımmüdafiəçisi Atiba Hatçinson üçün əlamətdar olub.

Kanadalı legioner komandasının qələbəsinə qolla töhvə verib. O, 90+13-cü dəqiqədə penaltidən vurduğu qolla matçın yekun nəticəsini müəyyənləşdirib. Hatçinson bu qolla Super Liqanın tarixinə düşüb. Belə ki, Atiba Türkiyə çempionatında qol vuran ən yaşlı futbolçuya çevrilib. O, bunu 40 yaş 115 günlüyündə bacarıb.

Xatırladaq ki, 10 ildir “Beşiktaş”da çıxış edən təcrübəli futbolçu bu mövsümün sonunda İstanbul klubundan ayrılacaq və böyük ehtimalla, karyerasını bitirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button