Xorvat üçün 40 milyon avro tələb edirlər

“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç “Mançester Siti”yə keçməyə yaxındır.

Komanda.az “90min”-ə istinadən xəbər verir ki, London klubu xorvatiyalı üçün 40 milyon avro tələb edir.

Kovaçiç 2022/23 mövsümündə “zadəganlar”ın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button