Şahin Diniyevin 200-cü oyunu
Şahin Diniyev Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü oyununa çıxıb.
Komanda.az xəbər verir ki, hazırda “Səbail”in “sükanı arxasında” olan 57 yaşlı mütəxəssisin yubileyi “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 36-cı tur oyununa təsadüf edib.
Diniyev 2001/2002 mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib.
Sonradan “Rəvan” və “Kəpəz”də işləyən baş məşqçi yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci mütəxəssisdir.
Onun rəhbərlik etdiyi komandalar bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin