Noyerin karyerasındakı ən vacib titullardan biri

“Bayern”in qapıçısı Manuel Noyer 2013-cü ildə Çempionlar Liqasının qalibi olması ilə bağlı xatirələrini bölüşərək, bu titulun karyerasında ən vacib mükafatlardan biri olduğunu deyib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Noyer, həmin vaxt üzərlərində böyük təzyiq olduğunu bildirib:

“2013-cü ildə Çempionlar Liqasını qazanmaq karyeram üçün nə dərəcədə vacibdir? Bu, şübhəsiz ki, ən vacib mükafatlardan biridir! Əvvəlki mövsümdə biz ikinci idik və məğlub olduğumuz finaldan sonra böyük bir işin öhdəsindən gəlməli olduq. Motivasiya böyük idi, amma təzyiq də böyük idi. Bunu hamıya, o cümlədən özümüzə sübut etmək istəyirdik. Biz əla məşqçi heyəti olan fantastik komanda idik”.

Çempionlar Liqasının 2013-cü ildəki finalında “Bayern” “Borussiya” (Dortmund) ilə qarşılaşıb. Münhen təmsilçisi həmin matçda 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button