“Bayern”in daha bir zədəlisi sıraya döndü
“Bayern”in uzun müddətdir zədəli olan futbolçusu Lukas Hernandes sıraya dönüb.
Komanda.az xəbər veri ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
Xatırladaq ki, fransız futbolçu Qətərdəki dünya çempionatında millinin düşərgəsində ağır zədə aldıqdan sonra əməliyyat olunmuşdu və bu vaxta qədər bərpa prosesi keçirdi.
“Bayern”də Lukasdan öncə digər zədəli futbolçu – Manuel Noyer də sıraya dönmüşdü. Almaniyalı qapıçı da uzun müddətdir komandasına kömək edə bilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin