“Çelsi”nin futbolçusu İtaliya yolunda
“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” ingiltərəli futbolçunu transfer etməkdə iddialıdır.
Tərəflər icarə əsasında yox, keçidin tam reallaşması üçün müzakirələrə başlayıblar. Futbolçunun özü də İtaliyada oynamaq istəyir.
Loftus-Çik cari mövsümdə “zadəganlar”ın heyətində 31 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin