“Real” Ançelottini qovur?
“Real” baş məşqçisi Karlo Ançelottini qovmaq fikrində deyil, lakin klub rəhbərliyi La Liqadakı nəticələrdən narazıdır.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres gələn həftə Ançelotti ilə görüşərək, növbəti mövsüm üçün planları müzakirə edəcək.
Hazırda Madrid klubu Ançelottinin 2024-cü ilə qədər qüvvədə olan müqaviləsi bitənədək işləyəcəyinə şübhə etmir. Bununla belə, italiyalı məşqçinin hələ də Braziliya millisində çalışmaq üçün açıq qalan təklifi var. Ona görə də, Ançelotii Pereslə görüş zamanı “Real”da qalmaq niyyətini təsdiq etməli olacaq.
“Real” rəhbərliyi hesab edir ki, komanda bu mövsüm İspaniya kubokunda yaxşı, Çempionlar Liqasında məqbul, La Liqada isə zəif çıxış edib. Madridlilər ÇL-in yarımfinalında “Mançester Siti” tərəfindən kənarlaşdırıla biləcəklərini güman ediblər, lakin məğlubiyyətin bu qədər sarsıdıcı olacağını gözləməyiblər (iki oyunun nəticəsi – 1:5).
Bizi Facebook-da izləyin