“Sabah”ın futbolçusu üçün əlamətdar oyun
Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, oyun Masazır təmsilçisinin gənc qapıçısı Rüstəm Samiqullin üçün əlamətdar olub. Belə ki, 20 yaşlı qolkiper Premyer Liqada ilk oyununu keçirib. Rüstəm debüt matçında qapısını toxunulmaz saxlamağı bacarıb.
Görüş “Sabah”ın böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin