“Çelsi” Naqelsmannla bağlı iddiaları təkzib edib

“Çelsi” alman mütəxəssis Yulian Naqelsmannın agentinin müştərisinin baş məşqçi postu üçün klubun əsas hədəfi olduğuna dair iddialarını təkzib edib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “zadəganlar” iddia edirlər ki, Naqelsmann klub üçün maraqlı olsa da, alman məşqçi heç vaxt prioritet namizəd olmayıb.

PSJ-dən qovulduqdan sonra bir ildən artıqdır ki, işsiz olan argentinalı mütəxəssis Maurisio Poçettino “Çelsi”nin əsas hədəfi olaraq qalır.

“Çelsi”nin hazırkı baş məşqçisi 2023-cü ilin aprelində komandaya qayıdan Frenk Lemparddır. Onun komandası hazırda 35 oyundan sonra 43 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button