Novruzovun komandası darmadağına üzüldü
Litva çempionatında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Ekranas”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyun “Yonava”nın məğlubiyyəti ilə başa çatıb – 1:4.
Nurlan bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Yonava” 9 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin