Azərbaycan cüdoçusundan DÇ-də bürünc medal
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.
Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.
Dünya çempionatına mayın 14-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin