Premyer Liqa klubu Mane üçün danışıqlara başlayıb

“Bayern”in hücumçusu Sadio Mane İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə insayder Pedro Almeyda özünün “tvitter” səhifəsində yazıb.

Məlumata görə, “Çelsi” seneqallı futbolçunun mümkün transferi ilə bağlı “Bayern”lə artıq danışıqlara başlayıb. İki klub arasında danışıqlar müsbət istiqamətdə gedir. Manenin transferi ilə bağlı ilk təklif artıq formalaşıb.

Mane daha əvvəl İngiltərə çempionu olduğu “Liverpul”un heyətində Premyer Liqada çıxış edib. Seneqallı hücumçu “Bayern”ə ötən yay keçib. O, bu mövsüm Çempionlar Liqasında “Mançester Siti”yə uduzduqları matçdan sonra komanda yoldaşı Leroy Sanenin üzünə yumruq vurub. Bundan sonra futbolçunun klubla problemi yaranıb. Elə buna görə də, Münhen klubu Mane ilə yollarını ayırmaq qərarına gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button