“Eşitdim ki, pərəstişkarlarım mənə mahnı həsr ediblər” – Ukraynalı futbolçu

“Çelsi”nin yarımmüdafiəçisi Mixailo Mudrik İngiltərə komandasında oynamaqdan həzz aldığını bildirib.

Komanda.az xəbər verir ki, klubun saytına açıqlama verən ukraynalı futbolçu hər gün böyüdüyünü hiss etdiyini deyib:

“Belə yaxşı məşqçilərin altında işləmək mənə çox xoşdur. Mən də belə yaxşı və keyfiyyətli futbolçularla oynamağı xoşlayıram. Hər gün böyüdüyümü hiss edirəm və bunu bilmək çox xoşdur.

Eyni ruhda davam etmək və yüksək səviyyəni saxlamaq üçün öz qabiliyyətlərimizə arxayın olmalıyıq, çünki “Çelsi” böyük klubdur. Biz yalnız qələbə qazanmalı və bunun üçün hər şeyi etməliyik.

Eşitdim ki, pərəstişkarlarım mənə mahnı həsr ediblər. Bunu eşitmək həmişə xoşdur. Özümü “Çelsi”nin bir hissəsi kimi hiss etməyi və azarkeşlərin sevgisini görməyi xoşlayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button