“Karyeramın ən uğursuz dönəmlərini yaşayıram”

“Çelsi”nin ingiltərəli futbolçusu Rahim Sterlinq komandanın hazırkı durumu və uğursuz nəticələri haqda söz açıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, mövcud çətinliklərin açar rolunu oynadığını deyib:

“Hazırda karyeramın ən uğursuz dönəmlərini yaşayıram. Bir az qəribə səslənə bilər, amma bu, səhvlərdən nəticə çıxarmaq üçün əla fürsətdir.

Hər şey qüsursuz olanda qələbələr qazanırsan. Lakin uğursuzluqlar, parçalanmalar anidən başlayır. Bu, səbirsizliklə gözlədiyim, öhdəsindən gəlmək istədiyim bir çətinlikdir. Qalib gəlmək məni daha da güclü edəcək. Belə çətinliklər hər zaman açar rolunu oynayır”.

“Çelsi” Premyer Liqanın 35-ci turunda “Bornmut”u məğlub edib (3:1). Hazırda komanda İngiltərə Premyer Liqasında 42 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button