Avropa kuboku: Azərbaycanlı cüdoçular ilk gündə 2 medal qazandılar
Azərbaycanlı cüdoçular Paris Avropa kuboku turnirinin ilk günündə 2 medala yiyələniblər.
Komanda.az xəbər verir ki, onlar Fransanın paytaxtı Parisdə keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.
Yarışın ilk günündə oğlanların yarışında 60 kq, 66 kq, və 73 kq çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb. 60 kq çəkidə Nizami İmranov qızıl medala, 66 kq çəkidə Aydın Rzayev bürünc medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin