“Çelsi”də başdan-ayağa qarışıqlıq olduğu görünür” – Keçmiş futbolçu
“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager İngiltərə Premyer Liqasının 34-cü turunun “Arsenal” – “Çelsi” (3:1) matçı haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “zadəganlar”ın sarsıldığını söyləyib:
“Meydan sahibləri əla performans sərgilədi. “Çelsi” isə sarsılmışdı. Klubda başdan-ayağa qarışıqlıq olduğu görünür. Onların turnir cədvəlinin aşağı pillələrində olduğunu görmək qəribədir.
Meydançaya keyfiyyətli oyunçularla çıxırlar. Ardıcıl 6 qarşılaşmada uduzmaq yolverilməzdir. “Çelsi”nin tarixi nəticələrini, qazandıqları kubokları düşünün. Londonlular daha yaxşı statistik göstəricilərə layiqdirlər, amma indi bundan çox uzaq düşüblər”.
“Çelsi” son otuz ildə ilk dəfə ardıcıl altı matçda məğlub olub.
“Çelsi” hazırda İngiltərə çempionatının turnir cədvəlində 39 xalla 12-ci, “topçular” isə 78 xalla 1-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin