Klubunu dəyişməsi keçmiş baş məşqçisindən asılı olacaq
“Tottenhem”in hücumçusu Harri Keyn “Çelsi”yə keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
İngiltərəli hücumçu “Çelsi”yə vaxtı ilə “Tottenhem”də birlikdə çalışdığı argentinalı mütəxəssis Maurisio Poçettino rəhbərlik edərsə, “zadəganlar”a keçməyi düşünəcək.
Keynlə “Mançester Yunayted” də maraqlanır. “Tottenhem” rəhbərliyi kapitanını “qırmızı şeytanlar”a satmaq istəmir, lakin onun “Çelsi”yə azad agent kimi keçə biləcəyini anlayırlar. Onun klubla müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
29 yaşlı Keyn bu mövsüm “Tottenhem”in heyətində 44 oyunda 25 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin