“Beşiktaş”dan ilk transfer
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Avstriyanın LASK klubunda çıxış edən Doğan Ərdoğanı transfer edib.
“NTV Spor”un yaydığı məlumata görə, “qara qartallar” 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik anlaşıb. Onun tezliklə İstanbula gəlib rəsmi müqaviləyə imza atması və ictimaiyyətə təqdim olunması gözlənilir.
“Beşiktaş” türkiyəli futbolçunun keçidinə görə Avstriya klubuna 200 min avro təzminat ödəyəcək. Bu, “ağ-qaralar”ın mövsümlərarası fasilədə ilk transferidi.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu beş mövsümdü LASK-ın formasını geyinir. O, ötən mövsüm icarə əsasında Avstriyanın “Yuniors” klubunda da yarım mövsüm keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin