“Barselona” onu 25 milyon avroya satmağa hazırdır
“Barselona” hücumçularından birini satmağa hazırdır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, söhbət Ferran Torresdən gedir. Kataloniya klubu ispaniyalı forvardı 25 milyon avroya satmağa hazırdır.
23 yaşlı Torres 2021-ci ilin dekabrında “Mançester Siti”dən “Barsa”ya keçib. Onun transferi ümumilikdə 55 milyon avro təşkil edib.
Torres bu mövsüm bütün turnirlərdə 39 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin