Premyer Liqa klubundan “Beşiktaş”a 2 milyon avroluq transfer

“Beşiktaş” mövsümün əvvəlində “Vest Hem”dən icarəyə götürdüyü Artur Masuakunun transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu mövsümün əvvəlində bir illik icarəyə götürülmüş 29 yaşlı futbolçunun transfer hüquqlarının alınması üçün İngiltərə klubuna 2 milyon avro ödənilib. Konqolu oyunçu ilə 2+1 illik yeni müqavilə imzalanıb.

Konqo Demokratik Respublikasından olan Masuaku, 2016-cı ildən “Vest Hem”də çıxış edirdi. O, daha öncə “Valensyen” və “Olimpiakos”un da uğurları üçün çalışıb. Ölkəsinin millisində 13 oyun keçirmiş futbolçu, 2 qol da vurub. O, “Beşiktaş”da da 27 oyuna 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button