AFFA De Byazini postunda saxladı

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclas qurumun inzibati binasında baş tutub.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan başqa, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

İclasda De Byazinin Azərbaycan millisindəki işinə davam etməsinə qərar verilib.

Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button