“Barselona”nın prezidenti ilə görüşdü – Messinin atası
PSJ-nin futbolçusu Lionel Messi “Barselona”ya qayıda bilər.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, argentinalı futbolçunun agenti olan atası Xorxe Messi Kataloniya klubunun prezidenti Xuan Laporta ilə görüşüb. Məlumatda bildirilir ki, tərəflər Messinin Kataloniya klubuna qayıtmasına müsbət yanaşır.
“Barselona”nın baş məşqçisi Xavinin Messinin komandaya qayıtmasında israrlı olduğu deyilir.
Messinin Səudiyyə Ərəbistanına və ya MLS-ə gedəcəyi haqda da iddialar var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin