“Turan Tovuz” “Şamaxı” ilə matça itki ilə çıxacaq
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı”nı qəbul edəcək.
Komanda.az xəbər verir ki, Tovuz təmsilçisi bu oyuna bir itki ilə çıxacaq. “Sumqayıt”la matçda zədələnən Piruzi Marakvelidze komandasına kömək edə bilməyəcək.
Gürcü yarımmüdafiəçi hazırda müalicə olunur. O, 10 günlük müalicə prosesindən sonra məşqlərə başlayacaq.
“Turan Tovuz” – “Şamaxı” oyunu sabah keçiriləcək və saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin