Super Liqa klubundan ayrıldı, sabiq komandasına qayıtdı
Türkiyənin “Adana Dəmirspor” klubu yarımmüdafiəçisi Birkir Byarnasonla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, İslandiya yığmasının da üzvü olan 34 yaşlı futbolçu azad agent kimi Norveçin “Vikinq” komandasına keçib.
Yarımmüdafiəçi yeni klubu ilə 2023-cü ilin 31 dekabrına kimi anlaşıb.
Byarnason 2021-ci ilin yayından “Adana Dəmirspor”da forma geyinirdi. O, bu komandada 45 oyuna 7 qol vurub.
Təcrübəli futbolçu peşəkar karyerasına məhz “Vikinq”də başlayıb. O, 2006-2011-ci illər aralığında bu klubda 105 oyuna 16 qol vurub. İslandiyalı futbolçu “Bodo Qlimt”, “Standard” (Lyej), “Peskara”, “Sampdoriya”, “Bazel”, “Aston Villa”, “Əl-Ərəbi”, “Breşiya” kimi klubların da formasını geyinib, millidə 113 oyuna 15 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin