“Kasımpaşa” “sükan”ı üçüncü dəfə eyni məşqçiyə tapşırdı – Rəsmi
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Kemal Özdeşə tapşırılıb.
53 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
O, baş məşqçi postunda Səlçuk İnanı əvəzləyib.
Özdeş üçüncü dəfə “Kasımpaşa”nın “sükanı arxasına” keçib. O, daha əvvəl 2016/2018 mövsümündə və 2019-cu ildə İstanbul komandasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin