Messi het-trik etdi, üçüncü oldu

Argentina millisi yoldaşlıq matçında Kurasaonu məğlub edib (7:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda PSJ-nin hücumçusu Lionel Messi üç qol vurub və milli komandalarda 100 qol həddinə çatan üçüncü futbolçu olub.

36 yaşlı futbolçu het-trik etməklə Argentina millisindəki ümumi qollarının sayını 102-yə çatdırıb. Hazırda bu statistikada rekordçu Kriştiano Ronaldodur (122 qol). İran yığmasının Azərbaycan əsilli sabiq forvardı Əli Daei 109 topla ikincidir.

Messi karyerası ərzində vurduğu qolların sayını 803-ə çatdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button