“Qalatasaray” Bakıya bu heyətlə gəlir
Martın 26-da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirəcək Türkiyənin “Qalatasaray” komandasının Azərbaycana gətirəcəyi heyət açıqlanıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk yoldaşlıq görüşü üçün 23 oyunçu seçib.
O, Bakıdakı qarşılaşmada bu futbolçuların xidmətindən yararlana biləcək:
- Leo Dyubua, 4. Matias Ross, 5. Lukas Torreyra, 6. Fredrik Midtsyö, 11. Yunus Akgün, 12. Atakan Ordu, 13. Emre Taşdemir, 17. Nikolo Zaniolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 23. Kaan Ayhan, 27. Serjio Oliveyra, 30. Yusuf Demir, 34. Okan Koçuk, 42. Abdulkerim Bardakçı, 44. Beknaz Almazbekov, 55. Arda Deniz Yavaş, 56. Baran Demiroğlu, 58. Ali Yeşilyurt, 59. Caner Doğan, 64. Xuan Mata, 77. Berkan Aksoy, 99. Mauro İkardi.
Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək. Görüşdən əldə olunacaq bütün gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin