Türkiyə millisindən İrəvanda əzmkar qələbə, İspaniyadan darmadağın!
2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində ilk tura yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup üzrə daha 7 qarşılaşma keçirilib.
A qrupunda Şotlandiya yığması Kipri, İspaniya millisi Norveçi qəbul edib. Hər iki oyun meydan sahiblərinin böyük hesablı qələbəsiylə yekunlaşıb.
D qrupunda Türkiyə millisi səfərdə Ermənistanla üz-üzə gəlib. “Ay-ulduzlular” İrəvandakı matçda erkən qol buraxsalar da, qalan dəqiqələrdə rəqib qapısından iki top keçirməklə əzmkar qələbəyə imza atıblar. Qrupun digər oyunu isə Xorvatiya və Uels yığmaları arasında baş tutub. Xorvatlar bu oyunda qələbəni son anda əldən veriblər.
Qalan üç qarşılaşma İ qrupu çərçivəsində keçirilib. Belarus İsveçrənu, İsrail Kosovonu, Andorra da Rumıniyanı qəbul edib. İsraildəki oyunda qalib müəyyənləşməyib. Digər iki oyunda isə qonaqlar inamlı qələbəyə seviniblər.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 1-ci tur
25 mart
A qrupu
Şotlandiya – Kipr 3:0
Qol: Makqinn, 21. Maktominay, 87; 90+3.
İspaniya – Norveç 3:0
Qol: Olmo, 13. Xoselu, 84; 85.
D qrupu
Ermənistan – Türkiyə 1:2
Qol: O.Kabak, 11-öz qapısına – O.Kökcü, 35. K.Aktürkoğlu, 64.
Xorvatiya – Uels 1:1
Qol: Kramariç, 28 – Brodhed, 90+3.
İ qrupu
Belarus – İsveçrə 0:5
Qol: Şteffen, 4; 17; 29. Caka, 62. Amduni, 65.
İsrail – Kosovo 1:1
Qol: Perets, 56 – Dasa, 36-öz qapısına.
Andorra – Rumıniya 0:2
Qol: Man, 35. Alibek, 50.
Bizi Facebook-da izləyin