Skaloni Messini razı salmağa çalışacaq

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messi barədə danışıb.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, o, PSJ-nin forvardını DÇ-2026-da mübarizə aparmaqla bağlı razı salacağına söz verib:

“Leo yaxşı oyunçudur. O, Argentina millisində oynamaq üçün yığmaya gəlir. Fikrini dəyişsə, onu razı salmağa çalışacam”.

Argentina millisi DÇ-2022-nin final oyununda Fransanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas vaxtı 2:2, əlavə vaxt 3:3 hesabı ilə başa çatıb. Final matçında Messi dubla imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button