“Yuventus” Poqbadan qurtulmaq istəyir?
“Yuventus”un direktoru Françesko Kalvo Pol Poqba haqda danışıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, fransalı yarımmüdafiəçiyə inandıqlarını deyib:
“Mətbuatda yayılan xəbərləri oxuduq. Deyilirdi ki, biz Poqbadan qurtulmaq qərarını vermişik. Bu, belə deyil. Onun üçün “Yuventus” bir ailədir.
Həqiqətən, ona inanırıq. Əks halda, dörd illik sözləşmə imzalamazdıq. Tezliklə onu meydançada görmək istəyirik. Hər gün Poqba ilə əlaqə saxlayırıq”.
Fransalı futbolçu keçən ilin yayında “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra “qoca sinyora”ya qayıdıb. Hazırda o, zədə səbəbindən komandasına kömək edə bilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin