“Qarabağ” “Qalatasaray”la oyuna satılan biletlərin sayını açıqladı
“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünə bilet satışı davam edir.
Komanda.az xəbər verir ki, ilk gündə 42 500 bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri:
▪️Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
▪️Iticket.az-ın satış məntəqələri;
▪️“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
▪️Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.
Xatırladaq ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin