“Onlar bunu yaxşı bacardılar” – Əmrə Can
“Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Əmrə Can UEFA Çempionlar Liqasının 1/8 finalının “Çelsi” ilə matçından sonra (0:2) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə əsilli almaniyalı futbolçu rəqibin hücum futbolu oynadığını deyib:
“Çelsi” hücuma daha çox çıxacaqdı. Onlar bunu yaxşı bacardılar. Xüsusilə də, birinci hissədə. Fasilədən sonra yaxşı imkanlarımız oldu. Buna baxmayaraq, kifayət qədər qol epizodları yarada bilmədik – bunu etiraf etməliyik”.
İki oyunun nəticəsinə əsasən, Bundesliqa təmsilçisi “zadəganlar”a 1:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin