“Bu oyun kiçik imtahan idi” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Azarkeşlərə təşəkkür edirəm. Çoxdan görmədiyimiz ab-havanı sərgilədilər. Çox təəssüf ki, onları sevindirə bilmədik. Bəlkə də, “Neftçi” ən yaxşı oyununu oynadı. Bunu gözləyirdik. Üzücü məğlubiyyət oldu. Lakin belə oyunlar bizim üçün vacibdir. Futbolçularımın inkişaf etməsi önəmlidir.

İlk hissə rəqib çox təzyiq göstərdi. “Neftçi”nin son oyunlar ən yaxşı təzyiqi saymaq olardı. Planımız başqa idi, lakin rəqib imkan vermədi.

Kubok oyunlarında yanaşma fərqli olur. Bu gün sınaqlar keçirdik. Qışdan sonra rəqibimizdə yaxşı mənada dəyişikliklər var. Neçə oyun idi ki, onları analiz edirdik. Bu oyun kiçik imtahan idi. Müxtəlif variantlar var. Kubok oyununda başqa sistemlə oynaya bilərik. Təki futbolçularım sağlam olsun”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button