Şükürov Madriddə “Sabah”ın üzvlərini ziyarət etdi

“Sabah” klubu bu il İspaniyada təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin nümayəndəsi Adil Şükürov “Dostluq üçün futbol” sosial layihəsində iştirak üçün bu ölkədə olan “Sabah”ın üzvlərini ziyarət edib, onlara dəstək olub.

“Sabah” Madriddə keçiriləcək turnirdə U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunur. Bundan əlavə, Azərbaycandan bu yarışa futbolçu Fatimə Məhərrəmli və jurnalist Timur Jeltenkov da qatılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button