“Mançester Yunayted”in taleyi 2 həftə ərzində həll oluna bilər
“Mançester Yunayted” rəhbərliyi klubun satılması ilə bağlı potensial alıcılarla görüşlər planlaşdırıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, danışıqlar iki həftə ərzində London və Mançesterdə baş tutacaq.
Öncədən bildirilmişdi ki, MY-nin sahihi olan Qleyzerlər təxminən 6 milyard funt-sterlinqə alıcı axtarır. “Mançester Yunayted”in alınması üçün 4,5 milyard avro təklif edən Qətər Şeyxi Həməd bin Casim bin Cabir Əl Tani və britaniyalı milyarder Cim Ratkliff əsas namizədlərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin